Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyəyə rəsmi səfər edəcək.
Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, Şoyqu türkiyəli həmkarı Hülusi Akarın dəvəti ilə bu gün Ankaraya uçacaq.
Görüşlərdə Soçidə keçiriləcək üçlü zirvədən öncə Suriyadakı hadisələrlə yanaşı, İdlib başqa olmaqla, bölgədəki son vəziyyətin müzakirə edilməsi gözlənilir.