Qondarma Qarabağ rejimi azərbaycanlı girov Elnur Elman oğlu Hüseynzadəni həbsdən azad edib.
Bizimaz.az xəbər verir ki, bu məlumatı “Lragir.am” saytı yayıb. Onun fevralın 2-də həbsdən azad edildiyi vurğulanıb.
“Sputnik Ermənistan”a açıqlama verən qondarma rejim liderinin mətbuat katibi David Babayan Hüseynzadənin üçüncü ölkəyə göndəriləcəyini bildirib. Onun Azərbaycana geri qayıtmaqdan imtina etdiyi vurğulanıb.
Qeyd edək ki, Elnur Hüseynzadə 2017-ci ilin fevralında girov götürülüb. Onunla bağlı qondarma rejimin məhkəməsi 2018-ci ilin fevralında qərar qəbul edib.