Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-dən 24-dək keçiriləcək IX Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.
Bizimaz.az bildirir ki, bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.