Xəbər lenti

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin qoşun xidməti və bu hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların hərtərəfli təminatı, onların sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.

 

Bizimaz.az Report-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

“Bugünkü günə qədər işğaldan azad edilmiş ərazilərdə 60-dək müasir avadanlıqlarla təcsiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli yerləşmə məntəqələri artıq hərbi qulluqçularımıza təhvil verilib. Bu hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların məişət şəraiti daha da yaxşılaşdırılıb, onların gündəlik fəaliyyətinin aparılması, eləcə də döyüş və xidməti fəaliyyətlərinin aparılması üçün daha da yaxşı şərait yaradılıb”, - mətbuat katibi bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov