Xəbər lenti

 

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov Moskvaya geri çağırıla bilər.


Çünki, onun əmək müqaviləsinin müddəti mayın 13-də başa çatır. Rüstəm Muradovun ötən müddətdə Qarabağdakı fəaliyyəti Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. 

Ekspertlərin fikrincə Rusiya sülhməramlıları üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyib. Həmçinin, Rüstəm Muradovun ölkəsinin Müdafiə Nazirliyindən təlimatlar aldığını nəzərə alsaq, bu zaman Rusiyanın Qarabağda sülhyaratma missiyasının fəaliyyəti də şübhə altında düşür.

Təbii ki, Qarabağda Rusiya sülhməramlılarının məsuliyyətində olan ərazilər Azərbaycana aiddir. Biz də öz ərazilərimizə nəzarəti bərpa edəcəyik. Rusiya və Ermənistanın bunu istəyib-istəməməsi isə heç bir əhəmiyyət daşımır. Çünki söhbət Azərbaycanın suveren hüquqları və ərazi bütövlüyündən gedir. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov