Xəbər lenti



Müzəffər döyüşçü İslam Orucov: “Hər hücuma keçəndə hiss edirdik ki, arxamızda Böyük Dayaq var”



Qəhrəmanla dostlaşmaq. Belə əsrarəngiz yanaşma öz-özünə yaranmasa, heç bir inadcıl səy onun doğulmasına kömək edə bilməz. Bu sirli və gözəl xüsusiyyət təbiətin möcüzələrindən biridir. Rəğbətin başlanğıcı hörmətdir, sonra bu, artaraq heyranlığa, axırda isə bağlılığa çevrilir. Beləliklə, rəğbətimin ünvanına çevrilən dostumuzdan söz açıram.

Orta məktəbi alababat oxumuşam. – deyir: - O vaxt Universitetə qəbul olmaq istəyirdim. İmtahanda az bal yığdım, düşə bilmədim. Amma iqtisadcı olmaq arzumdan da vaz keçmədim, gəlib kollecə daxil oldum. Nə biləydim ki, təhsilim  yarımcıq qalacaq. Elə bilirdim kollec tələbələrini təhsili başa vurana kimi hərbi xidmətə aparmırlar. Amma sən demə, aparırmışlar. Özü də Şuşaya...”

Onunla ikinci mərtəbədə rastlaşdım, sənəd gətirmişdi.  

- Tədris ilinin sonunda nə sənəd? - deyib iradımı bildirdim. Dedi:

- Müəllim, hərbi xidmətdən gəlmişəm, qiyabiyə kecmək istəyirəm.

Kimliyini soruşanda aldığım cavabdan sanki diksinirmişəm kimi bir addım geri cəkildim. Budur - Adını eşidib üzünü görmədiyimiz Vətən müharibəsi qəhrəmanı, şanlı döyüş yoluna Kəlbəcərdən baylayıb Şuşada dayanan igid Azərbaycan övladı... və ən nəhayət, tələbəmiz Orucov İslam Oruc oğlu!

Tez kabinetə dəvət etdim. Bir az cəkinə-cəkinə, utana-utana tərəddüd etsə də,  qolundan tutub otağa gətirirəm. Və elə ilk sualım da bu olur:

- Mənə Qarabağdan danış. Sənin kecdiyin yol haqqında coxdan məlumat toplayıram. Eşitmişəm,beş medalın var.Bu arada qeyd edim ki,göstərdiyi xidmətə görə, İslam Orucov  Kəlbəcərnin,Füzulinin,Cəbrayılın,Şuşanın azad olunması və ən nəhayət Vətən müharibəsi iştirakcısı medalı ilə təltif olunub. Bir az kecdiyi  döyüş yolundan danışmaq ücün müxtəlif səpkili suallar verirəm.

...Nə qədər təkid etsəm də, kecdiyi döyüş yolundan söhbət acmaq istəmədiyini hiss edirəm.

- Niyə danışmırsan, vuruşmamısan? - sualıma ciyinlərini cəkərək cavab verir:

- Niyə vuruşmamışıq, vuruşmuşuq! Sadəcə olaraq hərbi məsələlərdən söz düşəndə bir az ehtiyatlı olmağa söz vermişik deyə danışmaq istəmirəm.

Bu arada qeyd edim ki, müsahibim o məhşur hərbi hissənin əsgəri olduğu ücün məlumat verməkdə “xəsislik” edir. Axı, sözün əyrisi-düzü olmur, artığı-əskiyi olur.

- Ay igid, narahat olma, qayçı əlimizdədi. Sən danış, kəsib doğrayacağıq. - deyib söhbətə ürəkləndirirəm.

Dediklərindən:

- İlk əvvəl Kəlbəcərdə irəlilədik. Mən mina atan bölükdə tuşlayıcı idim. Bir günə xeyli irəlilədik. Təsəvvür edin, 35 kilometr icəri girdik. Bu həm də strateji taktika idi. Ən qatı dumanda döyüşə-döyuşə irəliləyib xeyli postlar aldıq. Amma duman cəkiləndə gördük ki, sağımız-solumuz ermənidi. Taktiki gediş etdik. Kicik dəstələrlə düşməni çaşdırıb sarsıdıcı zərbələrlə bir necə yüksəkliklərini ələ kecirdik. Hava şəraiti cətin olduğu ücün hücümü dayandırdıq.

Sonrakı döyüş yolumuz Cəbrayıldan başladı. Düz Şuşanın Sığnaq kəndinə kimi gedib cıxdıq. Mən orada travma aldım.Yanımda mina partladı. Bu Vətəni qorumaq, torpaqlarımızı işğaldan azad etmək bizim qismətimiz idi. 44 günlük müharibə vaxtı Ali Baş Komandanın bütün tapşırıqlarını layiqincə yerinə yetirdik. Hər hücüma gedəndə bilirdik ki, arxamızda Böyük bir Dayaq durur. Bizə Qələndər müəllim tarix dərsi kecib. Həmişə Türk Ordusunun möhtəşəm qələbələrindən danışırdı. Amma indi Azərbaycan Ordusunun yazdığı tarix daha möhtəşəm oldu. Sağ olsun bütün müəllimlərimiz...

İslamın vətənpərvər kimi yetişməsində onun valideynləri ilə məsuliyyəti bölüşən müəllimlərə minnətdarlıq ifadə etməsi anlaşılandır. Axı müəllim təkcə təlim deyil, həm də tərbiyə verir. İgidimizin dilindən qopan bu təşəkkür nidaları əlbəttə ki, müəllimlərin üzərinə vəzifələr qoyur - Vətənimizin mənafeyini hər şeydən üstün tutan müdafiəçilərimizin keçdiyi döyüş yolunu yetişməkdə olan nəslə nümunə, örnək göstərmək. Gənclərə təlqin olunmalıdır ki, hansı peşənin nümayəndəsi olmağımızdan asılı olmayaraq, hamımız Vətənimizin əsgəriyik və bizi yalnız bir amal birləşdirir – işğaldan azad etdiyimiz Vətən torpaqlarını yağılardan qorumaq. UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin direktoru Vidadi Orucov başda olmaqla, kollecin bütün kollektivi Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə böyük ehtiram göstərir, müharibə əlilləri və iştirakçılarına sayğı və diqqətlə yanaşır, bu zümrədən olan tələbələrə müəyyən güzəşt və imtiyazlar şamil edilir.

Qəhrəmanımız deyir ki, bu gün Azərbaycan sərhədçilərinin işğaldan azad edilmiş torpaqlarımızın hər qarışını sinələrini gərərək necə mərdliklə qorumasını, ermənilərin sərhəddə təxribat cəhdlərinin qarşısını almalarını görüncə adamın qəlbi qürur hissi ilə dolur:

- Əlbəttə, düşmən uğursuzluğu ilə barışmaq istəmir, nəzarətindən çıxan torpaqlardan bir qarış da olsa qaytarmaq üçün əlverişli fürsət axtarır. Ancaq hər dəfə bədxah niyyətlərinə çata bilmir. Çünki düşmənin qarşısında cəsur, mərd və qorxmaz Azərbaycan əsgəri dayanıb. Boş yerə deməyiblər, Azərbaycan qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir. Vətən sevgisi döyüş meydanında generalı əsgərdən ayırmadı. Hər biri düşməni məhv etmək arzusu ilə alışıb yanırdı.

Söhbətimizin (İnşallah, qarşıda söhbətlərimiz hələ çox olacaq) sonunda İslam Orucov əlbəttə ki, ən vacib məqamı vurğuladı:

- Şəhidlərimizin qanı ilə boyanmış torpaqlarda xidmət etmiş olmağımla fəxr edirəm. Onlar Vətənimizin azadlığı uğrunda vuruşublar, çarpışıblar, şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərimizin adı heç vaxt yaddaşımızdan silinməyəcək. Əgər bu gün bayrağımız yüzlərlə müstəqil dövlətin bayraqları ilə bir sırada, özü də ön cərgədə dalğalanırsa, bu həmin qardaş-bacılarımızın sayəsindədir. Allah şəhidlərimizə rəhmət eləsin.

Söhbətləşdi: Zaur Vəliyev

 



© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov