Polkovnik-leytenant Mənsur Nəcəfov Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi vəzifəsinə təyinat alıb.
Bizimaz.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, MOİK-in keçmiş rəisi polkovnik Elxan Məcidov tutduğu vəzifədən azad olunduqdan sonra Mənsur Nəcəfov həmin vəzifəsni müvəqqəti icra edirdi.