Xəbər lenti

F-35 qırıcılarının verilməməsi Türkiyə üçün dezavantaj kimi görünsə də, sabah milli müdafiə sənayemiz üçün ən yaxşı şeylərdən biri ola bilər.

 

Bizimaz.az Axar.az-a istinadən  xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Pentaqonun Türkiyəni F-35 proqramından çıxarmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Türkiyənin belə bir qırıcıya sahib olması üçün 15-20 il vaxt lazımdır:

“İstehsal olunacaq milli platformanın ümumi xərcləri hər halda F-35-dən az olacaq. Ancaq 15-20 ilə hazırlayacağımız təyyarə o zamana qədər istehsal edilən müasir təyyarələrdən bir nəsil geridə qala bilər. Bunun əvəzinə gələcəyin oyun dəyişdirən gücü olan az xərcli, süni zəka ilə təchiz edilmiş pilotsuz qırıcılara üstünlük verməliyik. Bununla PUA texnologiyamızda olduğu kimi, bu sahədə də dünya liderləri arasına daxil ola bilərik. Son 4-5 ildə “Akıncı” layihəsinin və pilotsuz uçuç aparatlarının hazırlanmasını sürətləndirmişik. Biz 2023-cü ildə onun prototipinin ilk uçuşunu reallaşdırmağı hədəfləmişik”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov