Xəbər lenti

Azərbaycanla Türkiyə arasında növbəti Birgə Komissiyanın yaradılması nəzərdə tutulur.

 

Bizimaz.az  Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” sazişdə maddə var.

Sazişi aprelin 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib.

Sənəd 2017-ci il oktyabrın 31-də Bakıda imzalanıb. Sazişə Azərbaycan tərəfdən Müdafiə naziri Zakir Həsənov, Türkiyə hökuməti adından isə o vaxtkı Milli Müdafiə naziri Nurəddin Canıklı imza atıb.

Sənəddə göstərilir ki, Birgə Komissiyanın üzvləri Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və Türkiyə Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Müşavirliyinin nümayəndələrindən ibarət olacaq.

Komissiyada hər iki tərəfin bərabər sayda təmsil olunması nəzərdə tutulur.

Komissiya bu sazişin müddəalarının həyata keçirilməsi, şərhi və lazım olduğu təqdirdə ediləcək dəyişikliklərlə əlaqədar vəzifələri icra edəcək.

Sazişə əsasən, Komissiyada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin heyətinə müdafiə sənayesi nazirinin müavini və ya səlahiyyət verdiyi nümayəndə sədrlik edəcək.

Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin heyətində Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi müşaviri və ya müşavirinin müavini sədr olacaq.

Lazım olduğu təqdirdə, Komissiyaya hər bir tərəfin silahlı qüvvələrindən, qurumlarından və müdafiə sənayesi təşkilatlarından mütəxəssislər daxil edilə bilər.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov