Əməliyyatın gedişi göstərir ki, Azərbaycan Silahlı Qüvvələrinin apardığı əks-hucum əməliyyatları Ermənistan silahlı qüvvələrinin müqavimətini ciddi şəkildə sarsıdılıb.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev bugünkü brifinqdə deyib.
Hikmət Hacıyev bildirib ki, Ermənistan silahlı qüvvələrinin 30 il ərzində qurduğu istehkam sistemləri qısa müddətdə məhv edilib:
“Ermənistan ordusu SMERÇ-lərdən mülki obyektlərimizi hədəf alır. Bu, onların növbəti aciz durumunu göstərir. Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün Ermənistan ərazisindən Azerbaycan Respublikasını hədəf alan istənilən hərbi hədəf məhv ediləcək”.