Ermənistan ATƏT-in Minsk qrupu ölkələrinin - Xarici İşlər Nazirliyinin vasitəçiliyi ilə Qarabağda atəşkəs barədə danışıqlara başlamağa hazırdır.
BAKU.WS xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rəsmi İrəvanın atəşkəslə bağlı açıqlaması Ermənistanda vəziyyətin nə qədər acınacaqlı olmasını ortaya qoyub. Azərbaycan ordusu hərbi əməliyyatlara başlamazdan əvvəl Gəncə və Bakını da işğal edəcəkləri ilə bağlı bəyanatlar verən Ermənistan hakimiyyəti artıq "sülh göyərçin"lərini uçurmağa başlayıblar.
Milli Ordunun düşmənin hərbi texnika və silah-sursatlarını darmadağın etməsi, minlərlə hərbçisini zərərsizləşdirməsi qarşı tərəfi atəşkəs bağlamaq üçün yalvarmağa sövq edib.