Xəbər lenti



Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 14-cü Polis Bölməsinə (PB) müraciət edən şikayətçi evdə olmadığı müddətdə naməlum şəxslərin onun mənzilindən 4800 manat oğurladığını bildirib.

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Adil Həsənov, onun qohumu Həmidağa Rəhimov və Akif Hüseynov saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, dəstə üzlərinə qeyd edilən mənzildən oğurluq etmək təklifi zərərçəkən qadının qonşusu H.Rəhimov tərəfindən verilib. Evə isə A.Həsənov daxil olub və onlar sonradan görüşərək oğurlanan pulu aralarında bölüblər.

Qeyd edilən faktlarla bağlı Sabunçu RPİ İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov