Gürcüstan paytaxtı Tiflisin Ketevan Tsamebuli prospektində yerləşən yaşayış binalarından birinin mənzilində qaz sızması baş verib.
Bizimaz.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 7-ci mərtəbədə yaşayan 7 nəfər ölüb.
Məlumata görə, ölən şəxslər qohum imiş. Hadisə şahidlərinin sözlərinə görə, onlar həmin mənzildə kirayədə qalır və tikintidə çalışırmışlar.
Onların arasında ata və oğul, həmçinin iki qardaş da var.
Mənzildə su qızdırıcısının kustar üsulla quraşdırıldığı müəyyən olunub.
Hazırda ölənlərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində işlər aparılır.
Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı üzrə cinayət işi açıb, istintaq aparılır.
Tiflis şəhərini təbii qazla təmin edən şirkətdən bildirilib ki, bədbəxt hadisəyə səbəb olan su qızdırıcısına təbii qazın verilməsinin bu yaxınlarda qarşısı alınsa da, daha sonra sakinlər özbaşına olaraq qurğunu yenidən işə salıblar.