Xəbər lenti




Salyanda 2 azyaşlının ölümü ilə nəticələnən dəhşətli yanğın hadisəsinin təfərrüatları məlum olub.

Bizimaz.az Lent.az-a istinadən xəbər verir ki, Şorsulu kəndində Bəhrəmli Mübariz Novruz oğluna məxsus evdə yanğın başlayarkən ev sahibi işdə olub.

Belə ki, Salyandakı mal bazarında alverlə məşğul olan M.Bəhrəmli gedəndən sonra həyat yoldaşı tövlədə heyvanlara baxmağa gedib. Az sonra qadın evin tüstülədiyini görüb və qonşuları köməyə çağırıb. Evin arakəsmə və tavanında taxta və quru qamışdan çox istifadə edildiyindən ev sürətlə yanıb. Hadisə vaxtı yatmış vəziyyətdə olan 2012-ci il təvəllüdlü Bəhrəmli Fatimə və bacısı 2013-cü il təvəllüdlü Ceyranxanım yanaraq ölüblər.

Qeyd edək ki, mənzilin isidilməsində qazdan istifadə edilirmiş.

Faktla bağlı araşdırma aparılır.




© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov