Xəbər lenti


Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən etibarlı sərhəd mühafizəsinin təmin edilməsi sahəsində tədbirləri davam etdirilir.
Bizimaz.az: DSX-dən  verilən məlumata görə, sentyabr ayının 28-də DSX Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən Astara rayonunun Şahağacı kəndi istiqa­mətində naməlum üzmə vasitəsi aşkar olunub və hərəkəti nəzarətdə saxlanılıb. DSX Sahil Mühafizəsinin həmin istiqamətdə xidmət aparan sərhəd gözətçi gəmisinə göstərilən əraziyə doğru hərəkət etməsi göstərişi verilib, eyni zamanda Astara və Lənkəran rayonları üzrə sahilboyu həssas nöqtələr nəzarətə götürülüb.



Aşkar olunmuş üzmə vasitəsi qısa müddət ərzində Xəzər dənizinin Azər­baycan Respublikasına mənsub olan bölməsini tərk edib. Həmin üzmə vasi­təsinin ərazi sularımızdakı hərəkət trayektoriyası və koordinatları əməliyyat mü­şahidəsinə götürülüb, 30 sentyabr tarixində 2 nəfər heyət üzvü ilə rejim sularına çıxmış “KƏ-226” bort nömrəli “Mariner-75” mühərrikli taxta qayığın həmin koordinatlara yaxınlaşması müəyyən edilib. Həmin qayıq sahilə yan alarkən sərhədçilərə tabesizlik göstərərək dənizdə sahildən 200 metr məsafədə manevrlər edib, hərəkət zamanı qayıqdan 2 ədəd bağlama suya tullanılıb.



Qayığın heyət üzvləri – Astara rayon sakinləri 1977-ci il təvəllüdlü Şaba­nov Ramin Naib oğlu və 1995-ci il təvəllüdlü Əlizadə Niyaz Rufulla oğlu saxla­nılıb, qayığın manevr etdiyi koordinatlara baxış keçirilib və dənizə onlar tərəfindən atılmış 2 ədəd bağlama aşkar olunaraq götürülüb. Baxış zamanı bağlamalarda ümumi çəkisi 2 kq 200 qram olan heroin olması müəyyən edilib.



İlkin araşdırma zamanı saxlanılan şəxslər həmin narkotik vasitələrin onlar tərəfindən götürülməsini və sahilə çıxarkən sərhədçilərin keçirdiyi yoxlama zamanı ifşa olunacaqlarından ehtiyat etdikləri üçün dənizə tullamalarını etiraf ediblər.



Fakt üzrə zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.



19 Fevral 2025 Fuad Muradova 6 il 6 ay həbs verildi
27 Dekabr 2024 Plastik cərrahiyyəyə icazə verənlərə cinayət işi açıldı
26 Dekabr 2024 Qazaxıstanlılar dəstək olmağa davam edirlər
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov