Xəbər lenti



Daxili İşlər Nazirliyi Azərbaycan Televiziyasının (AzTV) əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

 

Bizimaz.az bildirir ki, Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 2-də saat 18 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini S.Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Sərxan Məmmədovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, S. Abdullayev Azərbaycan Televiziyasının (AzTV) operatoru olub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov