Xəbər lenti

İyulun 22-də saat 23 radələrində Nəsimi rayonundakı apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul oğurlaması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

 

bizimaz.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib. Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilərək saxlanılıb. Araşdırmalarla onun Gədəbəy rayon sakini, əvvəllər məhkum edilmiş Fuad Zeynallı olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov