Xəbər lenti

Rusiyada azərbaycanlı tələbənin öldürülməsi ilə bağlı cinayət işi başlanılıb.

 

 

Bizimaz.az bildirir ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən Modern.az-a verilən məlumata görə, 13 iyun 2020-ci il tarixində Rusiyanın Volqoqrad şəhərində təhsil alan Azərbaycan Respublikasının vətəndaşı Timur Valeri oğlu Qavriilovun qətlə yetirilməsi ilə bağlı məlumat Səfirliyə daxil olan kimi səfirlik tərəfindən dərhal Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinə rəsmi məktub göndərilib.

 

Bundan əlavə cari ilin 14 iyun tarixində Səfirlik mərhumun Gəncə şəhərində yaşayan anası və Rusiya Federasiyasının İstintaq komitəsinin Volqoqrad vilayəti üzrə Baş idarəsinin müstəntiqləri ilə əlaqə saxlayıb.

 

Bildiririk ki, hadisə ilə bağlı cinayət işi başlanılıb və məsələ Səfirliyin ciddi nəzarəti altındadır.

 

İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumat verilicəkdir.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov