Bakı şəhərinin Nizami rayonunda, çoxmərtəbəli mansarda tipli yaşayış binasının mansardasında ümumi sahəsi 55 m² olan mənzildə ev əşyaları 20 m² sahədə yanıb.

 

Bizimaz.az bildirir ki, bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.