Rusiyada 50 yaşlı azərbaycanlının cəsədi tapılıb.

 

Bizimaz.az bildirir ki, BAKU.WS Rusiya KİV-nə istinadən xəbər verir ki, onun yanmış cəsədi Moskva yaxınlığındakı Lubertsı şəhərində 20 May küçəsində aşkarlanıb.

Adı açıqlanmayan Azərbaycan vətəndaşı meyvə-tərəvəz ticarəti ilə məşğul olub. Onun balaca tərəvəz dükanı yerli sakinlər arasında böyük populyarlıq qazanmışdı. Lakin pandemiya onun biznesinə böyük zərər vuşmuşdu.

Polis mərhumun Moskvada taksi xidməti ilə məşğul olan qardaşı ilə əlaqə saxlayıb. O, qardaşının heç bir problemi və borcu olmadığını bildirib.

Faktla bağlı araşdırma aparılır. İş adamının cəsədi ölüm səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertizasına göndərilib.