Xəbər lenti

 

Türkiyənin Burdur əyalətində tikinti işi aparıldığı üçün qurudulan Salda gölü ilə bağlı "Gölün qurudulmasına icazə verməyəcəyik" deyən Yeşilova bələdiyyəsinin CHP-li sədri, 68 yaşlı Mümtaz Şenelə silahlı hücum olub.

 

Bu barədə “Milliyet” xəbər yayıb.

Bildirilir ki, gecə yerli vaxtla saat 04:30 radələrində naməlum şəxslər bələdiyyə sədrinin evinə gələrək, özlərini polis kimi təqdim ediblər və kişini küçəyə çağırıblar. Sonra isə onun ayaqlarına beş dəfə atəş açıblar.

Bundan başqa, bələdiyyə sədrinin 64 yaşlı xanımı Fatma Şenel də hər iki ayağından vurulub.

Hadisə yerinə çoxlu polis və təcili yardım maşını cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. M.Şenel əməliyyat olunub.

Onların həyatının təhlükədə olmadığı vurğulanır.

Baş verənlərlə bağlı istintaq başlayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov