Xəbər lenti

 

 

Salyan şəhərində polis özünü yandırmağa cəhd edib.

 

Bizimaz.az: Report xəbər verir ki, rayonun Xələc kənd sakini, 1986-cı il təvəllüdlü Fətiyev Miri Bəxtiyar oğlu üzərində gəzdirdiyi yanacağı üstünə tökərək özünü yandırmağa cəhd edib.

Yanında olan polis əməkdaşları tərəfindən vaxtında müdaxilə edildiyindən yanğın söndürülüb. Yüngül yanıq xəsarətləri alan M.Fətiyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra o, Bakıya göndərilib.

Hadisənin səbəbi hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Report-a bildirib ki, Miri Fətiyevin özünü yandırmaq cəhdinin qarşısı iş yoldaşları tərəfindən alınıb:

“Əməkdaş özünü yandırmağa cəhd edib. Əllərindən yüngül xəsarətləri alıb. Hazırda Daxili İşlər Nazirliyinin Hospitalında müalicə alır. Vəziyyəti qənaətbəxşdir. Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən xidməti yoxlama aparılır. Yoxlamanın nəticəsində əməkdaşın hansı səbəbdən özünü yandırmağa cəhd etməsinin səbəbi məlum olacaq”. 

19 Fevral 2025 Fuad Muradova 6 il 6 ay həbs verildi
27 Dekabr 2024 Plastik cərrahiyyəyə icazə verənlərə cinayət işi açıldı
26 Dekabr 2024 Qazaxıstanlılar dəstək olmağa davam edirlər
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
18 Noyabr 2024 Gürcüstan yenə calxalanır
24 Aprel 2024 Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış
23 Noyabr 2023 Metronun yaxınlığında ticarət obyekti yanır
12 Noyabr 2023 Üzərinə ağac aşan Saatlı sakininin beli sındı
12 Noyabr 2023 Bakı-Quba yolundakı qəzanın VİDEOSU
15 Oktyabr 2023 Naxçıvanda su kanalından meyit çıxarılıb
24 Sentyabr 2023 Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)
06 Avqust 2023 Göygöldə birmərtəbəli evdə yanğın olub
01 İyun 2023 DİN: “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”
15 Dekabr 2022 Bakı-Quba yolunda dəhşət - Ölənlərin sayı 6-ya çatdı - FOTO
17 Noyabr 2022 Ötən gün baş vermiş partlayışdan geriyə qalanlar... - Fotolar - Video
17 Oktyabr 2022 Vətən müharibəsində ermənilər 29 100 mərmi və 227 raket atıb
05 Sentyabr 2022 Kənd yasda - 7 qadın dəfn edilir
24 Avqust 2022 Oğuzda dağlıq ərazidə yanğın başladı
19 Avqust 2022 Azərbaycan Ordusunun polkovnik-leytenantı vəfat etdi - FOTO
04 Avqust 2022 FHN-dən Xırdalandakı partlayışla bağlı YENİ AÇIQLAMA
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov