Bu gün Xəzər dənizinin mərkəzi istiqamətində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən aprelin 30-da Qazaxıstan Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Xəzər dənizində dörd Azərbaycan vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində həyatını itirmiş Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi qəbul edilib və həmin gün ailəsinə təhvil verilib.