Bakı Dövlət Universitetinin 2№ li yataqxanasında zəhərlənmə hadisəsi barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub.
Bizimaz.az: Bu barədə Axar.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Həkimlər Mətbuat küç 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölmüş, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.