Xəbər lenti

ab81180a-9992-4217-8705-b7ae7fdf1927
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsində 2018-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Bizimaz.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, R.Usubov insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cəmiyyətin mənəvi dəyərlərinə böyük zərbə vuran, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizənin əhəmiyyətini qeyd edib, bu mübarizənin dövlət siyasəti olmaqla ölkə başçısının daim nəzarətində olduğunu vurğulayıb.
Sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində hesabat dövründə görülən işlər, əldə olunan nəticələr və xidməti fəaliyyətdə yol verilən nöqsanlar barədə məruzə ilə çıxış edib.
General-polkovnik Ramil Usubov əməliyyat müşavirəsinə yekun vuraraq, görülən işləri ümumən müsbət dəyərləndirib.
O, “Narkotiklərlə mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ilin 16-18 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası istiqamətində zəruri tədbirlərin görülməsini də tələb edib, tapşırıq və tövsiyələrini verib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov