Xəbər lenti



Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülən Zahid Orucun xeyrinə toplanan imzalar artıq başa çatmaq üzrədir.

 

Millət vəkilinin seçki qərargahı Mərkəzi Seçki Komissiyasının14 fevral tarixli qərarına uyğun olaraq, iddiaçıların müraciətlərinə müsbət qərar verildikdən bir gün sonra imza vərəqlərinin götürüldüyünü və konkret ərazi bölgüsü, məsul şəxslər, dəqiq fəaliyyət qrafiki əsasında imzların toplanmasına başlanıldığını bildirib.

Seçki Qərargahından verilən məlumata əsasən, bu işdə siyasi həmfikirlər, tərəfdarlar və yaxın platformaya malik olan qüvvələr, həmçinin könüllülər yaxından iştirak ediblər:

“70 dairə üzrə 40 mindən artıq imzanın toplanması zamanı millət vəkili Zahid Orucu tanıyan, onun parlament fəaliyyətini yaxından izləyən insanların çoxlu rəy, təklif və sorğuları da nümayəndələrimiz tərəfindən ətraflı qeydə alınıb və gələcək planların tərtibi zamanı onlardan faydalanmaq nəzərdə tutulur. Eyni zamanda, seçki mübarizəsinin çirkli kampaniyalar səviyyəsində deyil, daha çox ideyaların mübarizəsi və xalqın ümdə problemlərinin müzakirəsi formasında keçirilməsinə dair seçicilərin arzu və istəklərinin üstünlük təşkil etdiyini də xüsusi vurğulamaq lazımdır.

Zahid Orucun xeyrinə toplanan imzaların artıq başa çatmaqda olduğunu nəzərə alaraq, Seçki Qərargahı yaxın günlərdə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edəcək”, - millət vəkilinin seçki qərargahından bildirilib.

Qeyd edək ki, MSK prezident seçkilərinə 15 nəfərin namizədliyini təsdiqləyib. Bu vaxta qədər yalnız YAP irəli sürdüyü namizəd üçün imzatoplama kampaniyasını başa çatdırıb və sənədlər MSK-ya təqdim edilib.

11 Aprel 2025 “Sizinlə işləməyi səbirsizliklə gözləyirəm” - Trampdan Əliyevə
09 Aprel 2025 “Bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq”
08 Aprel 2025 19 aptekdə yoxlama aparıb
08 Aprel 2025 Qaçaqmalçılara rüşvət müqabilində kömək edən gömrükçülər HƏBS EDİLDİ
08 Aprel 2025 Ağdaban qətliamından 33 İL ÖTÜR
07 Aprel 2025 Ötən ay 51 nəfərin diplomu tanınmayıb
07 Aprel 2025 İşdən çıxarılan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
07 Aprel 2025 İran: Danışıqlar üçün ABŞ-nin qərarını gözləyirik
07 Aprel 2025 MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır
07 Aprel 2025 Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparılır
07 Aprel 2025 Özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur
04 Aprel 2025 İlham Əliyev Alparslan Bayraktarı qəbul edib
04 Aprel 2025 Həqiqi hərbi xidmətdə olmağın yaş həddi ilə bağlı DƏYİŞİKLİK
04 Aprel 2025 Erməni təxribatları ara vermir: Növbəti antiterrorların da aqibəti eyni olacaq
04 Aprel 2025 Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI
04 Aprel 2025 Hikmət Hacıyevə ağır itki üz verdi
04 Aprel 2025 Dünya üçün həyəcan təbili: "Tramp ticarət müharibəsinə başladığını təsdiqlədi"
01 Aprel 2025 İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərildi
01 Aprel 2025 İcmadan “Doyçe Velle”yə etiraz
01 Aprel 2025 Zəlzələ nəticəsində ölənlərin sayı 2700-ü ötüb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov