Milli Məclisdə çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi təklif edilib.
Bizimaz.az Axar.aza istinadən xəbər verir ki, bu təklifi Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov səsləndirib.
Deputat deyib ki, Azərbaycan mediasının iqtisadi durumu problemsiz deyil, lakin çap məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi yaxşı olar:
“Verginin götürülməsi bu sahənin daha da inkişaf etməsinə səbəb olacaq. Mən təhsil sahəsinə ayrılan vəsaitin artırılmasını da vacib sayıram. Bu vəsait Azərbaycandilli məktəblərdə dərsliklərin daha müasir hazırlanmasına sərf edilsin. Son zamanlar müzakirələrə səbəb olan məsələlər bunu tələb edir. Bu məktəblər güclü olmalıdır ki, övladlarını digər dillərdə olan məktəblərə göndərən valideynlərin bəhanəsi olmasın”.