İsrail ordusu Suriya paytaxtı Dəməşqi bombalayıb.
Paytaxt yaxınlığında yerləşən araşdırma mərkəzlərinə raket atılıb.
Məlumata görə, həmin ərazidən 3 partlayış səsi eşidilib. Bəşər Əsəd rejiminə məxsus Hava Hücumundan Müdafiə Qoşunlarının isə İsrailin hava hücumuna cavab verdiyi bildirilib.
B.Əsəd hökuməti İsrailin Suriyaya hücum etdiyini təsdiqləyib.