Bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
“Afrində amerikalı hərbçilər yoxdur. Ola bilsin ki,
ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları orada vaxtaşırı olur. Buna görə də bizim
ABŞ-la Afrin mövzusunu müzakirə etməyə ehtiyacımız yoxdur”-deyə XİN rəhbəri deyib.
O,
ABŞ-ın PYD/YPG terrorçu qruplaşmalarına silah verməsinin düzgün addım olmadığını və bunun iki ölkə arasında mövcud olan münasibətlərə mənfi təsir edəcəyini bldirib: “Əgər biz müttəfiq ölkəyiksə,
ABŞ bu addımı atmalıdır. Əgər
ABŞ bunu etməsə və təhlükəni aradan qaldırmasa, onda biz özümüz bu təhlükəni məhv etməliyik”.