Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə konsul, Səudiyyə Ərəbistanı Krallığına isə səfir təyinatı ilə bağlı sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycanın baş konsulu vəzifəsinə təyin edilib.
Şahin Şakir oğlu Abdullayev isə ölkəmizin Səudiyyə Ərəbistanı Krallığında yeni fövqəladə və səlahiyyətli səfiri olub.
Qeyd edək ki, Dubayda bundan öncəki baş konsul Pərviz Cəfər oğlu İsmayılzadə, Səudiyyə Ərəbistanındakı səfir isə Rasim Şəmsəddin oğlu Rzayev idi. Onlar prezidentin 29 yanvarda imzaladığı sərəncamla geri çağırılmışdılar.