Xəbər lenti



Bu gün Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, iclasda Prezident İlham Əliyevin Milli Məclisin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Konstitusiya Məhkəməsinə göndərdiyi sorğuya baxılacaq. 

Plenum iclası hakim Fərhad Abdullayevin sədrliyi ilə baş tutacaq.

Xatırladaq ki, parlament iyunun 21-də keçirilən plenar iclasında Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib

***

İclas başlayıb. Hazırda Azərbaycan Respublikası Prezidentinin göndərdiyi sorğu elan edilir.

***

Hakim heyəti müşavirə üçün iclas zalını tərk edib. Bir azdan qərarın elan ediləcəyi gözlənilir.

***

Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin sorğusuna tərəflərin iştirakı ilə baxaraq qərar qəbul edib. Qərara əsasən, Milli Məclisin buraxılması və növbədənkənar seçkilər təyin edilməsi qanunauyğun hesab edilib.

Sail Ağasəlim

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov