Xəbər lenti



"Azərbaycan və Ermənistan arasında sülh istiqamətində işlər davam etdirir. Müsbət istiqamətdə irəliləyişlər əldə edilib. Bunu delimitasiya və demarkasiya prosesinin başa çatdırılması haqqında sənədin imzalanması ilə bağlı deyə bilərik. Delimitasiya komissiyalar arasında işlər davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlərin şahidi olacağıq".

"Report"un yerli bürosu xəbər verir ki, bu sözləri Tbilisidə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi brifinqdə deyib

Nazir bildirib ki, sülh müqaviləsinin imzalanması üçün də işlər aparılır:

"Son layihə bir neçə gün bundan öncə Ermənistana tərəfimizdən təqdim edilib. Hələ də Ermənistanın konstitusiyasında əfsuslar olsun ki, Azərbaycana ərazi iddiası bəndi var. Bu da sülh üçün ən böyük əngəllərdən biridir. Bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik", - deyə Ceyhun Bayramov bildirib.

Qeyd edək ki, dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Ermənistana sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi göndərdiyini açıqlamışdı.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov