Xəbər lenti



İnsan alveri cinayətini törətməkdə təqsirləndirilən 12 (+1) nəfərin İnterpol xətti ilə axtarışı davam etdirilir.

Bu, parlamentin İnsan hüquqları, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin mayın 17-də keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatında öz əksini tapıb.

Hesabatda qeyd olunur ki, beynəlxalq axtarışda olan şəxslərin 9-nun Türkiyədə gizləndiyi ehtimal olunur. Bunlardan 3-nün isə Pakistan, BƏƏ, Rusiyada sığınacaq tapdığı bildirilir.

Azərbaycan tərəfindən həmin şəxslərin gizləndikləri ölkələr və barələrində digər zəruri məlumatlar əldə olunub və tələblərinə uyğun ekstradisiyası üçün aidiyyəti üzrə müraciətlər ünvanlanıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov