Xəbər lenti



Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.

Bu gün ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşə toxunan dövlət başçısı bildirib ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki, son günlər həm ABŞ-nin, həm də Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışıblar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Prezident İlham Əliyev qeyd edib ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür.

Dövlət başçısı bir daha qeyd edib ki, keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək. Buna görə, biz bununla bağlı ABŞ və Avropadakı tərəfdaşlarımıza xəbərdarlıq etmək üçün açıqlamalar verdik.

Geosiyasi vəziyyətin dəyişdiyini deyən Prezident İlham Əliyev belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd edib və bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirib.

11 Aprel 2025 “Sizinlə işləməyi səbirsizliklə gözləyirəm” - Trampdan Əliyevə
09 Aprel 2025 “Bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq”
08 Aprel 2025 19 aptekdə yoxlama aparıb
08 Aprel 2025 Qaçaqmalçılara rüşvət müqabilində kömək edən gömrükçülər HƏBS EDİLDİ
08 Aprel 2025 Ağdaban qətliamından 33 İL ÖTÜR
07 Aprel 2025 Ötən ay 51 nəfərin diplomu tanınmayıb
07 Aprel 2025 İşdən çıxarılan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
07 Aprel 2025 İran: Danışıqlar üçün ABŞ-nin qərarını gözləyirik
07 Aprel 2025 MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır
07 Aprel 2025 Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparılır
07 Aprel 2025 Özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur
04 Aprel 2025 İlham Əliyev Alparslan Bayraktarı qəbul edib
04 Aprel 2025 Həqiqi hərbi xidmətdə olmağın yaş həddi ilə bağlı DƏYİŞİKLİK
04 Aprel 2025 Erməni təxribatları ara vermir: Növbəti antiterrorların da aqibəti eyni olacaq
04 Aprel 2025 Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI
04 Aprel 2025 Hikmət Hacıyevə ağır itki üz verdi
04 Aprel 2025 Dünya üçün həyəcan təbili: "Tramp ticarət müharibəsinə başladığını təsdiqlədi"
01 Aprel 2025 İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərildi
01 Aprel 2025 İcmadan “Doyçe Velle”yə etiraz
01 Aprel 2025 Zəlzələ nəticəsində ölənlərin sayı 2700-ü ötüb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov