Xəbər lenti



AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin "Azərbaycan" qəzetində "Mərhəmətin zərif rəmzi" adlı məqaləsi dərc olunub.Məqalə ilə tanış olarkən hiss edirsən ki,AHİK sədri bu strukturda çalışanların qarşısında hansı vəzifələri qoyub.

Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səməd Allahverdiyev  bizimlə söhbətdə bildirdi ki,bu gün qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlmək üçün tam gücləri ilə çalışırlar.Hər bir dənizçinin hüquq və mənafelərini qoruyan, onların sosial-iqtisadi rifahını yüksəldən bu təşkilatın üzvlərini öz ailəmin üzvləri hesab edir, heç bir fərq qoymuram.


“Bizim keçirdiyimiz tədbirlərə nəzər salmaq kifayətdir ki,insanlarda Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi hansı işləri necə gördüyü haqda təsəvvür yaransın”- deyən Səməd müəllim daha sonra bildirdi ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin yaxşı bir sözü bizim üçün şüara çevrilib. “Gəmiçinin talehi təkcə rəhbərlikdən asılı deyil.Həmkarlar İttifaqı təkcə tələb etməklə işini bitmiş hesab etməməlidir,yeri gələndə gəmiçiliyin işini yaxşılaşdırmaq üçün təkliflər verməlidir…”

Səməd Allahverdiyev özü uzun illər gəmiçilik həyatı yaşayıb.Onun ömür kitabını vərəqləyəndə görürsən ki, bu adam çox keşməkeşli yollardan keçib.Bəlkə elə buna görədir ki, bu gün dənizçilər onu Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrindən çox bir ata kimi sevir.

“Mən çox xoşbəxtəm ki, ömrümün 40 ildən çoxunu dənizçiliyə həsr etmişəm, dənizçilərlə bir yerdə olmuşam. Bakı Dənizçilik Məktəbi var idi, sənədlərimi verdim ora, qəbul olundum. İşləyə-işləyə həmin gəmi sürücülüyü fakültəsinə daxil oldum və təhsilimi davam etdirə-etdirə gəmi sürücüsü – kapitan vəzifəsinə yüksəldim. 1993-cü ilin martına kimi kapitan vəzifəsində çalışdım. 1993-cü ilin mart ayının 10-da Həmkarlar Təşkilatına sədr seçildim. Hər bir insanın dərdi,səri,qayğıları ola bilər və mən onlara cavabdehlik daşıyıram. Hazırda bu sahədə çalışmaqdan qürur duyuram və gələcəkdə də öz nəvələrimə tövsiyə edəcəyəm ki, bu sahələrdən birində çalışsınlar”.

Söhbətimizin sonunda Səməd müəllim bildirdi ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO)-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə bütün strukturlarda çalışanların sosial həyatını yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik. 44 günlük Vətən savaşından sonra hərbi əməliyyatlarda iştirak edən əməkdaşlarımızın,şəhidlərimizin ailələrini daima diqqətdə saxlayırıq.

Biz də öz növbəmizdə inanırıq ki, Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsini dənizçilərin ümid yeri hesab etmək olar.

Z.Vəliyev

11 Aprel 2025 “Sizinlə işləməyi səbirsizliklə gözləyirəm” - Trampdan Əliyevə
09 Aprel 2025 “Bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq”
08 Aprel 2025 19 aptekdə yoxlama aparıb
08 Aprel 2025 Qaçaqmalçılara rüşvət müqabilində kömək edən gömrükçülər HƏBS EDİLDİ
08 Aprel 2025 Ağdaban qətliamından 33 İL ÖTÜR
07 Aprel 2025 Ötən ay 51 nəfərin diplomu tanınmayıb
07 Aprel 2025 İşdən çıxarılan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA
07 Aprel 2025 İran: Danışıqlar üçün ABŞ-nin qərarını gözləyirik
07 Aprel 2025 MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır
07 Aprel 2025 Aqrar Xidmətlər Agentliyində yoxlamalar aparılır
07 Aprel 2025 Özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur
04 Aprel 2025 İlham Əliyev Alparslan Bayraktarı qəbul edib
04 Aprel 2025 Həqiqi hərbi xidmətdə olmağın yaş həddi ilə bağlı DƏYİŞİKLİK
04 Aprel 2025 Erməni təxribatları ara vermir: Növbəti antiterrorların da aqibəti eyni olacaq
04 Aprel 2025 Azərbaycan nefti KƏSKİN UCUZLAŞDI
04 Aprel 2025 Hikmət Hacıyevə ağır itki üz verdi
04 Aprel 2025 Dünya üçün həyəcan təbili: "Tramp ticarət müharibəsinə başladığını təsdiqlədi"
01 Aprel 2025 İmran Xan Nobel Sülh Mükafatına namizəd göstərildi
01 Aprel 2025 İcmadan “Doyçe Velle”yə etiraz
01 Aprel 2025 Zəlzələ nəticəsində ölənlərin sayı 2700-ü ötüb
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov