Xəbər lenti



Türk ordusunun sarsıdıcı zərbələrindən sonra xeyli zəifləyən PYD/PKK terror qruplaşması Suriyanın Haseke və Aynularab bölgələrindən mülki vətəndaşları sıralarına cəlb edir.

 

Bu barədə “Anadolu” agentliyinin araşdırmasında bildirilir.

Agentliyin yazdığına görə, PKK “Afrinə həmrəylik ziyarəti” təşkil edib. Sözügedən ziyarət zamanı təxminən 2 min mülki vətəndaşdan ibarət kortej Afrinə gəlib. Onlardan 500-ə qədəri məhz PKK sıralarına cəlb edilərək, Afrində döyüşlərə göndərilib.

Terror təşkilatı bu cür saxta tədbirlər vasitəsilə mülki vətəndaşları Afrinə göndərərək, həm sıralarını gücləndirməyə, həm də guya Türkiyənin sadə əhaliyə güllə atması haqda fikir formalaşdırmağa çalışır.

Lakin Afrin əməliyyatı başlayandan bu vaxta qədər türk ordusu mülki vətəndaşlara qarşı xüsusi həssaslıq nümayiş etdirir. Bunun nəticəsi kimi, türk ordusu bu günə qədər Afrində bir mülki şəxsin belə ölümünə səbəb olmayıb. Əvəzində isə YPG terrorçuları bir neçə dəfə Türkiyəyə raket ataraq, mülki şəxsləri hədəfə alıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov