Britaniyanın yeni Baş Qərargah rəisi 3-cü Dünya Müharibəsi ilə bağlı xəbərdarlıq edib. Britaniyanın yeni Baş Qərargah rəisi general Sir Patrick Sanders 3-cü Dünya Müharibəsi ilə bağlı xəbərdarlıq edib. Sandersin açıqlamaları təkcə Britaniya mətbuatında deyil, bütün dünyada geniş işıqlandırılıb.
İngiltərənin Mirror qəzetinin xəbərinə görə, Sanders əsgərlərə mümkün 3-cü Dünya Müharibəsində Rusiya ordusu ilə döyüşməyə hazırlaşmalı olduqları barədə mesaj göndərib. Sanders xəbərdarlıq edib ki, qoşunlar yenidən Avropada döyüşməyə hazır olmalıdır, çünki Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsizliyin yeni dövrünə gətirib çıxarır.