Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrinin YPG/PYD terrorçularından təmizlənməsi ilə bağlı həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı artıq 5-ci günündədir.
Afrindəki əməliyyat halqası getdikcə daralmaqdadır. Türkiyə hərbçiləri və ASO quru əməliyyatının başladığı ilk gün Afrinə iki istiqamətdən girmişdilər.
Son iki gün ərzində isə əməliyyatın həyata keçirildiyi ərazilər genişləndirilib. Yanvarın 22-də hərbi qüvvələr əməliyyatın miqyasını daha da böyüdərək Afrinə Türkiyənin “Fərat qalxanı” əməliyyatı nəticəsində terrorçulardan təmizlədiyi Azez istiqamətindən daxil oldu. Bu gündən etibarən isə Türkiyə hərbçiləri və ASO YPG/PYD terrorçularını 7 istiqamətdən vurmağa başlayıb.