Bu gün Qubadlı şəhərinin azad olunmasından bir il ötür.
Ötən ilin 27 sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatının 29-cu günündə müzəffər Azərbaycan Ordusu şiddətli döyüşlər nəticəsində Qubadlı şəhərini düşmən işğalından azad edib. Bununla da 28 illik işğal başa çatıb.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyev 5867 hərbi qulluqçunu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif etdi. Təltif edilənlərin 4-ü general-mayor, 39-u polkovnik, 1 nəfəri isə 1-ci dərəcəli kapitandır.
Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını 2020-ci il 23 dekabr tarixində ucaldıb.