27 sentyabr Vətən müharibəsinin Anım Günü ilə əlaqədar tədbir keçirilib.
Bizimaa.az Oxu.Az-a istinadən xəbər verir ki, hərbçilər əllərində Vətən müharibəsi şəhidlərinin şəkilləri həkk olunan plakatlarla anım yürüşü edib.
Azadlıq meydanından başlayan anım yürüşü Ağ Şəhər istiqamətində davam edib.
Yürüşün son nöqtəsi Hərbi Qənimətlər Parkı olub.