Xəbər lenti

 
 

Ötən gün Gürcüstan Respublikasının vətəndaşı olan səkkiz azərbaycanlı Almaniyadan deportasiya edilib.

 

“Report”un məlumatına görə, 2015-ci ildə Almaniyaya gələrək, qaçqın kimi sığınacaq istəyən azərbaycanlılar miqrasiya idarəsi və polis əməkdaşları tərəfindən Dortmund hava limanına gətiriliblər. Onlar Dortmund-Kutaisi təyyarə reysi ilə Gürcüstana göndəriliblər.

Deportasiya olunan səkkiz nəfərdən üçü bir ailənin üzvü olub.

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən bildirilib ki, bu ilin may-iyul aylarında ümumilikdə 819 Gürcüstan vətəndaşı federal idarədən sığınacaq istəyib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov