Abdullayev Samir Qurban oğlu 2003-cü ildə Ağdaş rayonunda doğulub.
O, hazırda Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsidir.
Samir Abdullayev qeyd edib ki, 10-cu sinifdə oxuyarkən ona sümük xərçəngi diaqnozu qoyulub. Milli Onkologiya Mərkəzində müayinə olunan Samir 5 ay sonra əməliyyat olunub.
9 saatlıq əməliyyatdan sonra bir il həmin xəstəxanada qalan Samir Abdullayev qeyd edib ki, həkimlər artıq onun ömrünə az qaldığı haqqında valideynlərinə məlumat verirlər:
“Həmin ərəfələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaqları görmək üçün xəstəxanaya gəldi. Mənim otağıma daxil olanda pis vəziyyətdə olduğumu gördülər. Leyla Əliyevanın göstərişi ilə mənə trombosit köçürüldü. Mən həyatımı ona borcluyam”.