Xəbər lenti




İranın Xarici İşlər Nazirliyi Türkiyənin Suriyanın Afrin bölgəsində “Zeytun budağı” adlı hərbi əməliyyata başlamasına dair açıqlama verib.

 

Açıqlamada bildirilib ki, İran Suriyanın cənubundakı Afrində baş verənləri diqqətlə izləyir və Türkiyə ilə Suriya sərhədində böhranın dərinləşməsini istəmir.

İran Suriyanın qonşu dövlətlərlə yaranan problemlərinin danışıqlar yolu ilə həll edilməsinə tərəfdardır. Həmçinin İran Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasını istəyir və problemin Astana danışıqları çərçivəsində aradan qaldırılmasına çalışır.

Nəzərə çatdırılır ki, İran Suriya münaqişəsinə kənar müdaxilələrin əleyhinədir. Bu müdaxilələr radikal terror qruplaşmalarının yenidən fəallaşmasına səbəb ola bilər. (AzərTAc)

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov