Bu gün “Azərxalça”nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib.
Bizimaz.az bildirir ki, bu barədə Oxu.Az-a “Azərxalça”dan məlumat verilib.
Bildirilib ki, sözügedən xalça beş ay müddətində dörd toxucu xanım tərəfindən toxunub. Quba məktəbinə aid “Pirəbədil” çeşnisi ilə toxunan xalça 24 kvadratmetrdir.
Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.
Xatırladaq ki, böyük kvadratlı (24-25kv.metr) xalçaları toxumaq üçün “Azərxalça”nın hər bir emalatxanasında iki böyük ölçülü xalça dəzgahı mövcuddur.