Xəbər lenti

 

Birinci vitse-prezident Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə paylaşım edib. 

 

Mehriban Əliyeva fikirlərini “Instagram” hesabında paylaşıb:

“Bu gün biz böyük fəxarətlə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü qeyd edirik! Sözlə ifadə edilməsi çətin olan hislərlə qeyd edirik. Biz Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə və dözümlülüyünüzə görə sizə minnətdarıq! Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə görə! Vətənə sədaqətlə xidmət etmək nümunəsinə görə! Siz bizim fəxrimizsiniz! Bu əlamətdar gündə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Bütün əsgər və zabitlərimizi səmimi-qəlbdən təbrik edirəm, Uca Tanrıdan onların hər birinə möhkəm cansağlığı, sevinc, sevgi və səadət, doğma Azərbaycanımıza sülh və əmin-amanlıq bəxş etməsini diləyirəm!”

 

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov