Afrindəki kürd birləşmələrinə yardım edəcək hər kəs türk ordusunun hədəfinə çevriləcək
.
Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ın kürdlərə maddi-texniki dəstəyilə bağlı verilən sualı cavablandırarkən deyib.
“Terrorçulara verilən istənilən lojistik dəstək hədəfə çevriləcək”, - Yıldırım deyib.
Yıldırımın sözlərinə görə, Afrin əməliyyatı 4 mərhələdə baş tutacaq. 30 kilometr məsafədə təhlükəsiz zona hazırlanacaq.