“Tələbə Təhsil Fondu ilə bağlı qaydalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunacaq”.
Bizimaz.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, burada kreditlər iki əsasda veriləcək:
“Sosial həssas qrupdan olan ailələrdən övladlarına verilənlər kreditlər çox aşağı faiz civarında olacaq. Məsələn, iki faiz olacaq. Standart paket sosial həssas təbəqəyə aid olmayan tələbələrə aid olacaq”.
Nazir bildirib ki, kreditlər verilərkən I kursda olan tələbənin qəbul imtahanında yüksək nəticə göstərməsi əsas rol oynayacaq:
“Yuxarı kurslarda tələbələrin ümumi müvəffəqiyyət göstəricisi də nəzərə alınacaq. Tələbə krediti veriləndən sonra tələbə yaxşı oxuyursa, ümumi müvəffəqiyyət göstəricisi yüksək olarsa, ona verilən kreditin faiz dərəcələrində, həm də vəsaitin geri qaytarılmasında müəyyən güzəştlər də olacaq”.