Xəbər lenti

 

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa yola düşüb. O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərə səfər edən ilk ali qonaq olacaq. Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qarabağın girişində - qapısında Füzulidə qarşılanacaq”.

 

Bu sözləri Türkiyənin “TRT Haber” telekanalının Bakıya ezam olunmuş müxbiri Fatih Avanos deyib.

Məlumata görə, dövlət başçıları həmçinin Füzuli şəhərində görülən işlərlə tanış olacaq və bundan sonra Cəbrayılın Cocuq Mərcanlı kəndinə yollanacaqlar.  

Daha sonra liderlər birlikdə Şuşaya gedəcək. Şuşa şəhərində “Şuşa bəyanatı”nı imzalayacaqlar.

“İki ölkənin yüksək səviyyəli strateji əməkdaşlığını daha da inkişaf etdirəcək bəyanata imza atılacaq”, - deyə müxbir bildirib.

Azərbaycan və Türkiyə prezidentləri Cıdır düzündə Qarabağ atlarının çıxışını izləyəcək. Türkiyə Prezidenti Azərbaycan əsgərləri ilə də görüşəcək.

Bizimlə əlaqə saxlayın

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov