XƏTAİ RAYONUNU “PAYTAXTIN CƏNNƏTİ”NƏ ÇEVİRƏN RƏHBƏR
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması işləri uğurla davam etdirilir.
Görülən işlər çərçivəsində ərazidə mövcud olan köhnə bağlar, qanunsuz çəpərlənmələr və yöndəmsiz tikililər sökülərək tullantılar daşınır, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə təmizlik və abadlıq işləri aparılır. Yeni yaşıllıq zolaqları salınır, su xətləri çəkilir, hərəkət hissələrinə səki daşları döşənir. Abadlaşdırılan ərazilərə asfalt örtüyü çəkilir, söhbətgahlar qurulur, zibil qutuları qoyulur. Görülən işlər çərçivəsində yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir. Həmçinin ağacların qurumuş budaqlarının budanması, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır. Magistral və məhəllədaxili yollar təmizlənir, mövcud yaşıllıqlara xüsusi diqqət göstərilir, yabanı otlar təmizlənir, eyni zamanda, ərazidə olan bərk məişət tullantıları daşınır, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı, yol işarələri və dayanacaqlar təmizlənir.
İlin əvvəlindən Rayon İcra Hakimiyyətinin və rayon Bələdiyyələrinin təşəbbüsü ilə karantin qaydalarının tələblərinə uyğun formada bir neçə dəfə təşkil olunan, xidmət təşkilatlarının kollektivlərinin iştirak etdikləri ağacəkmə aksiyaları çərçivəsində rayonun M.Rüstəmov və S.Ə.Şirvani, E.Əliyev və başqa küçələrində ağaclar əkilib. Əkindən əvvəl ərazi daşlardan, kollardan, tullantılardan, qurumuş ağac kötüklərindən təmizlənmiş, suvarma sistemi quraşdırılmışdır. Həmçinin, İcra Hakimiyyəti tərəfindən yeni əkilən ağaclara qulluq göstərilməsi üçün cavabdeh şəxslər müəyyən olunmuşdur.
Şəhidlərimizin xatirəsi əziz tutulur, ailələri qayğı ilə əhatələnir
Ölkəmizin hər yerində olduğu kimi, Xətai rayonunda da Vətən Müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Şəhid Abbasbəyli Həmidin yaşadığı məhəllədə abadlıq-quruculuq işləri aparılmış, xatirə lövhəsi və şəhid bulağının açılışı olmuşdur. Digər belə layihəyə rayonun Naximov yaşayış sahəsində start verilib. Belə ki, Xətai rayonundan olan bütün şəhidlərimizin adlarının əbədiləşdirilməsi məqsədilə bu ərazidə Şəhidlər Xatirə Kompleksinin inşasına başlanılıb.
Vətən müharibəsi şəhidlərinin, əlillərinin, iştirakçılarının qayğı və problemləri də diqqət mərkəzindədir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 yanvar tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılmışdır. Bu da ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan önəmli addımdır. Xətai RİH başçısının əmri ilə Qarabağ qazisi Anar Məmmədov RİH-in strukturunda yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri təyin olunub.
Xətai rayonunun park və bağlarında, küçə və prospektlərdə, eləcə də yaşayış binalarının həyətlərində müvafiq tədbirlər davam etdirilir. Yaz mövsümü ilə əlaqədar isə bu işlər daha da sürətləndirilmişdir. Milli Qəhrəmanlar Polad Həşimovun, İnqilab İsmayılovun adlarını daşıyan parklarda, eləcə də Məzahir Rüstəmov və Sarayev küçələrinin kəsişdiyi ərazidə yerləşən, uzun müddət baxımsız vəziyyətdə qalmış parkda əsaslı yenidənqurma və abadlıq işləri görülüb.
Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən bu parklar, ilk növbədə, rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir. Parklarda bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılır. Əhalinin istirahəti üçün söhbətgahların quraşdırılması təmin olunub.
Abadlıq və yaşıllaşdırma tədbirləri rayonun Heydər Əliyev və Nizami GTəncəvi adına adına parklarında, "Xocalı", "Lalələr", "Sevirəm" parkları ərazisində Y.Səfərov, P.Həşimov, A.Cəlilov küçələrində, 8 Noyabr və Xocalı prospektlərində də həyata keçirilmişdir.
Görülən işlər çərçivəsində General Şıxlinski küçəsi 17, 19, 21 saylı ünvanların yaxınlığında yeni, müasir standartlara cavab verən istirahət və əyləncə parkının inşasına başlanılıb. Artıq ərazidə təmizlik işləri aparılıb, insanların rahat gediş-gəlişini təmin etmək üçün hərəkət hissələrinə səki daşlarının döşənməsinə başlanılıb. Parkda yaşıllıq zolaqları və qazon örtüyü salınacaq, o cümlədən müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkiləcək.
Həmçinin, aparılan abadlıq-quruculuq işləri çərçivəsində G.Şıxlinski küçəsi boyunca avtomobil yollarının asfaltlanması da həyata keçirilir. Hazırda asfalt örtüyünün çəkilməsi sürətlə davam etdirilir.
Güllü-çiçəkli eyvanlar
Bu günlərdə paytaxtın bütün rayonlarında olduğu kimi, Xətai rayonunda da küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklərin yerləşdirilməsinə başlanılıb. Rayonun Yusif Səfərov küçəsində dibçəklər artıq yerləşdirilib.
Bu mənzərəyə dünyanın bir çox şəhərlərində rast gəlmək olar. Sakinlər öz təşəbbüsləri ilə yaşadıqları binaların eyvanlarını müxtəlif rəng çalarlı gül-çiçəklərlə bəzəyirlər. Təcrübə göstərir ki, sakinlər bu təşəbbüslərdə fəal iştirak etdikdə işlər daha geniş vüsət alır. Hər bir sakin, onların ailə üzvləri eyvanlarında qoyulan dibçəklərdəki güllərə qulluq edib, onlara mütəmadi olaraq su verərsə güllər daha yaxşı inkişaf edərək əraziyə gözəllik verəcək.
Rayon İcra Hakimiyyəti öz şəhərini sevən hər bir sakinimizi bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa və rayonumuzun simasının daha da gözəlləşməsinə öz töhfələrini verməyə çağırış etmişdir.
Rəhbər yerində olanda...
Son vaxtlar rayon rəhbərləri haqda kütləvi informasiya vasitələrində gedən tənqidi yazılar onların yaxın keçmişdə korrupsiya ittihamı ilə məsuliyyətə cəlb olunmuş həmkarlarının adlarının xatırladılması ilə başlayır. Bu, mətbuatda bir növ tendensiyaya çevrilmişdir. Digər bir mənfi meyl RİH başçısı tənqidə tuş gətirilən rayondan bir və ya bir neçə narazı vətəndaşın tapılması, şikayətinin önə çıxarılması, ümumi problem kimi təqdim olunmasıdır. Belələrini isə həmişə tapmaq olar. Gəlin razılaşaq ki, bu qəbildən olan yazılar sözü qurtarmış aşığın “dalay-dalay” deməsinə bənzəyir. Dərindən araşdıranda məlum olur ki, problem əslində heç o qədər də dərin deyilmiş, həlli üçün ya lazımi orqana müraciət edilməyib, ya da həlli istiqamətində addımlar atılmaqda ikən vətəndaş səbirsizlik edib, məsələni ictimailəşdirib.
Təəssüflər olsun ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin də uğurlarına qısqanclıqla yanaşan bəzi destruktiv qüvvələrə xidmət edən kütləvi informasiya vasitələri Xətai rayonunda rast gəlinən xırda nöqsanları “şişirdərək”, az qala cinayət kimi təqdim etməyə çalışırlar. Lakin xalqın gözü tərəzidir, deyib atalar.
Rafiq Quliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur. O, öz vəzifəsini layiqincə yerinə yetirdiyinə görə qısa zaman kəsiyində xalqın nüfuz, rəğbət və sevgisini qazanıb. O, öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əhalinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qurmuşdur. Rayona rəhbərlik etməıyə başlayandan fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi uğurla həyata keçirməkdədir.
Rayon sakinlərinin qayğı və problemlərinə olduqca həssas yanaşan Rafiq müəllim Xətai Rayon İcra Hakimiyyəti başçısının aparatında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda və tabeliyində olan hüquqi şəxslərdə vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını və onlara cavab verilməsini təmin edir. Vaxtaşırı olaraq, yerli icra hakimiyyəti orqanının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin edir, öz fəaliyyətində hesabatlılığı, şəffaflığı, ictimai rəyi nəzərə alır. Sosial-iqtisad inkişaf sahəsində mərkəzi icra hakimiyyəti orqanlarının, dövlətə məxsus müəssisələrin və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərinin yerli qurumları ilə, habelə bələdiyyələr və digər təşkilatlarla birlikdə rayonun sosial-iqtisadi vəziyyətini təhlil edir, inkişaf meyllərinin müəyyənləşdirilməsini, sosial-iqtisadi inkişafın proqnozlaşdırılması və planlaşdırılmasını, əhalinin sosial əhəmiyyətli sifarişlərinin öyrənilməsi işini təşkil edir, təkliflərin hazırlanmasını və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına təqdim edilməsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının həyata keçirilməsini təmin etmişdir.
Onun rəhbərliyi altında rayonda maliyyə, vergi və büdcə, istehlak bazarı və sahibkarlığın inkişafı, əhalinin sosial müdafiəsi və gender bərabərliyi, mədəniyyətin və incəsənətin inkişafına dair dövlət proqramları, bədən tərbiyəsi, idman və turizmin inkişafı, uşaqlar və gənclərlə bağlı işlər, kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət, qanunçuluq, asayişin qorunması, təhlükəsizlik və mülki müdafiə, insanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahələrində dövlət siyasətinin həyata keçirilməsi üçün məqsədyönlü tədbirlər görülmüşdür.
Son vaxtlar rayon rəhbərləri haqda kütləvi informasiya vasitələrində gedən tənqidi yazılar onların korrupsiya ittihamı ilə məsuliyyətə cəlb olunmuş həmkarlarının adlarının xatırladılması ilıə başlayır. Bu, mətbuatda bir növ tendensiyaya çevrilmişdir. Digər bir mənfi meyl başçısı tənqidə tuş gətirilən rayondan bir və ya bir neçə narazxı vətəndaşın tapılması, şikayətinin önə çıxarılması, ümumi problem kimi təqdim olunmasıdır. Belələrini isə həmişə tapmaq olar. Gəlin razılaşaq ki, bu qəbildən olan yazılar sözü qurtarmış aşığın “dalay-dalay” deməsinə bənzəyir. Dərindən araşdıranda məlum olur ki, problem əslində o qədər də dərin deyilmiş, həlli üçün ya lazımi orqana müraciət edilməyib, ya da həlli istiqamətində addımlar atılmaqda ikən vətəndaş səbirsizlik edib, məsələni ictimailəşdirib.
Təəssüflər olsun ki, Rafiq müəllimin uğurlarına qısqanclıqla yanaşan bəzi destruktiv qüvvələrə xidmət edən kütləvi informasiya vasitələri Xətai rayonunda rast gəlinən xırda nöqsanları “şişirdərək”, az qala cinayət kimi təqdim etməyə çalışırlar. Lakin xalqın gözü tərəzidir deyib atalar.
***
Bu məqaləni oxuyanlarda elə təəssürat yarana bilər ki, Xətai rayonunda həyata keçirilən işlər yalnız abadlıq-quruculuq tədbirlərindən ibarətdir. Amma əslində Xətai rayonu ərazisində yerləşən böyük sənaye - istehsal güclərinə görə paytaxtın, eləcə də bütövlükdə ölkəmizin iqtisadiyyatının formalaşmasında mühüm paya malikdir. Bu mövzuda rəqəmlərin dili ilə əhatəli söhbət açmaq üçün 2021-ci ilin birinci yarısının yekun hesabat göstəricilərinin açıqlanacağı iyul ayınadək gözləməyə qərar verdik.
Zaur Vəliyev