Xəbər lenti


Müharibə dövründə Azərbaycan mediasının da rəşadətinin şahidi olduq - Hikmət Hacıyev

 

Dünən Kəlbəcərdə mina nəticəsində həlak olan jurnalistlərin gördüyü işin böyük dəyəri var, onlar Ermənistanın azad olunmuş ərazilərdə etdiyi vəhşilikləri sənədləşdirirdilər.

 

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Məhərrəm İbrahimovun dəfn mərasimində bildirib.

"Onların gördüyü işlərin dəyəri yüz ildən sonra da çox yüksək olacaq. "Azərtac" və Azərbaycan televiziyası tərəfindən onlara ezamiyyətin dəyişdirilməsi təklif olunduğu hallarda belə onlar geri qayıtmırdılar. Təssüf ki, mənfur ermənilər tərəfindən qoyulmuş minanın, xəyanətkar fəaliyyətin qurbanı oldular" - deyə Hikmət Hacıyev qeyd edib..

H.Hacıyev bildirib ki, bu itki eyni zamanda Azərbaycan mediası üçün böyük itkidir. Müharibə dövründə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgərlərləri ilə yanaşı dayanan Azərbaycan mediasının da rəşadətinin şahidi olduq:

"Beynəlxalq təşkilatlara da müraciət olunub ki, bu vəhşilik qınanılmalıdır. Bir daha cənab Prezidentin və Birinci xanım Mehriban Əliyevanın başsağlığını çatdırıram. Allah rəhmət eləsin!"

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov